Səməd Bəşirli Dünya İqlim Fondunun icraçı direktoru ilə görüşüb

August 8, 2024    Comment off


İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə COP29 tədbirləri və Dünya İqlim Fondu ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüş zamanı bildirilib ki, bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 ölkəmizin iqlim problemlərinin həlli və “yaşıl artım” prinsiplərinə verdiyi böyük önəmin göstəricisidir. Beynəlxalq qurumlarla, xüsusən Dünya İqlim Fondu ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, Azərbaycanın energetika sektorunun qlobal iqlim dəyişikliklərinə uyğun şəkildə inkişafı və “yaşıl” iqtisadiyyatın təşviqi üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması məqsədilə reallaşdırılan layihələrə xüsusi diqqət göstərildiyi qeyd olunub.

Tərəflər COP29 tədbirləri çərçivəsində əməkdaşlıq və gələcək tərəfdaşlıq imkanları haqqında fikir mübadiləsi aparıblar.

https://qafqazinfo.az/news/detail/semed-besirli-dunya-iqlim-fondunun-icraci-direktoru-ile-gorusub-443926