Dünya İqlim Fondu KOBİA ilə əməkdaşlıqda maraqlıdır

September 10, 2024    Comment off


Dünya İqlim Fondunun Prezidenti Yens Nilson və təmsilçisi Ülviyyə Cəlilzadə bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla məhsuldar bir görüş keçiriblər.

Görüşdə KOBİA-nın beynəlxalq əlaqələrinin genişləndirilməsi, “Yaşıl iqtisadiyyat” sahəsində kiçik və orta biznesin rolunun artırılması və bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə olunub.

Dünya İqlim Fondunun icraçı direktoru Yens Nilson görüşdən məmnunluğunu ifadə edərək bildirib ki, fond yaxın gələcəkdə “Yaşıl iqtisadiyyat”da kiçik və orta biznesin rolunu artırmaq üçün KOBİA ilə birgə əməkdaşlıqda maraqlıdır.

https://oxu.az/digar/dunya-iqlim-fondunun-temsilcisi-ulviyye-celilzade-fond-kobia-ile-emekdasliqda-maraqlidir