“Dünya İqlim Fondu Azərbaycan Energetika Nazirliyi ilə əməkdaşlığa başlayır”

September 30, 2024    Comment off


Bu gün Dünya İqlim Fondunun Prezidenti Yens Nilson və fondun təmsilçisi Ülviyyə Cəlilzadə energetika naziri Pərviz Şahbazovla görüş keçiriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dünya İqlim Fondunun təmsilçisi Ülviyyə Cəlilzadə məlumat verib.

Ü.Cəlilzadənin sözlərinə görə, görüş zamanı Yens Nilson Azərbaycanda yaşıl enerji sahəsində bir sıra layihələrin həyata keçirilməsinə maraq göstərdiklərini vurğulayıb: “O, həmçinin qeyd edib ki, COP29-dan sonra da Azərbaycanla yaşıl enerji sahəsində geniş əməkdaşlıq qurmağa hazırdırlar.”

Nazir Pərviz Şahbazov isə görüşdə Energetika Nazirliyinin bu cür əməkdaşlıqlara açıq olduğunu bildirib: “Təqdim etdiyiniz layihələr çox maraqlıdır. Biz də bu layihələrdə iştirak etmək istəyirik. Xüsusilə Avropa dövlətləri ilə ortaq bir layihədə əməkdaşlıq etmək bizim üçün böyük maraq kəsb edir.”

https://qafqazinfo.az/news/detail/dunya-iqlim-fondu-azerbaycan-energetika-nazirliyi-ile-emekdasliga-baslayir-ulviyye-celilzade-448840