“Energetika Nazirliyi Dünya İqlim Fondu ilə əməkdaşlıqda maraqlıdır”

October 1, 2024    Comment off


Dünya İqlim Fondunun Prezidenti Yens Nilson və Fondun təmsilçisi Ülviyyə Cəlilzadə bu gün energetika nazirinin müavini Orxan Zeynalovla görüş keçiriblər.

“Report” xəbər verir ki, görüş zamanı Orxan Zeynalov “yaşıl enerji” sahəsində əməkdaşlıq imkanlarına toxunub.

O qeyd edib ki, Azərbaycanda “yaşıl enerji” sahəsində bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır və Energetika Nazirliyi bu sahədə Dünya İqlim Fondu ilə əməkdaşlığa maraqlıdır:
“Nazirlik son dövrlərdə aktuallıq qazanan “yaşıl enerji” sahəsində bir neçə önəmli layihəni həyata keçirməyi planlaşdırır. Bu layihələrdə Dünya İqlim Fondu ilə birgə əməkdaşlıq etməyə hazırıq. Fondun da bu əməkdaşlığa müsbət yanaşacağını ümid edirik.”

Ülviyyə Cəlilzadə isə bildirib ki, görüş zamanı Yens Nilson Azərbaycanda külək enerjisi sahəsində planlaşdırılan layihələrə dair fikirlərini bölüşüb:
“O, vurğuladı ki, Dünya İqlim Fondu, Bakıda keçiriləcək COP29 tədbirindən sonra, Azərbaycanda külək enerjisi ilə bağlı davamlı layihələrə dəstək göstərməyə tam hazırdır.”

https://report.az/energetika/ulviyye-celilzade-energetika-nazirliyi-dunya-iqlim-fondu-ile-emekdasliga-maraqlidir