
“Urban Crew” şirkəti COP29 ərəfəsində “ACWA Power” şirkətinin rəsmi tərəfdaşıdır
November 6, 2024 Comment off
“Urban Crew” şirkəti, 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “ACWA Power” şirkətinin rəsmi nümayəndəsi qismində fəaliyyət göstərəcək.
COP29 qlobal istiləşmə ilə mübarizə, iqlim dəyişikliyinə uyğunlaşma və bu məqsədlərə nail olmaq üçün maliyyə resurslarının səfərbər edilməsi mövzularını əhatə edən önəmli bir tədbirdir. Bu beynəlxalq platforma zamanı bir çox şirkətlər, o cümlədən “Urban Crew” gücləndirilmiş iş rejimində çalışacaq.
“Urban Crew” COP29 zamanı dünyanın ən iri mineralsızlaşdırılmış su təchizatçısı olan “ACWA Power” şirkətinin tədbir və məkan idarəetməsi (DMC) işlərini həyata keçirəcək. Bununla yanaşı, logistika xidmətlərinin göstərilməsi və iştirakçılar üçün rahat şəraitin təmin edilməsi üzrə də yüksək səviyyəli xidmətlər təqdim edəcəkdir.
Şirkətin direktoru Ülviyyə Cəlilzadə bu məsələ ilə bağlı açıqlamasında bildirib:
“ACWA Power” ilə tərəfdaşlıq bizim üçün böyük məsuliyyətdir. COP29 çərçivəsində yüksək səviyyəli hazırlıq işləri aparırıq. “ACWA Power” şirkətinin Enerji və Su məsələləri üzrə rəsmi tərəfdaşı olaraq Bakıda möhtəşəm tədbirlər təşkil ediləcək. Biz, peşəkar komandamızla bu tədbirlərin bütün təşkilati və logistika işlərini ən yüksək standartlarda həyata keçirməyə çalışacağıq.”
Qeyd edək ki, “Urban Crew” müxtəlif növ tədbirlərin təşkilində peşəkar xidmətlər göstərir. Şirkət tədbir məkanlarının rezervasiyası, logistika həlləri, qonaqların hotellərə yerləşdirilməsi, daxili turların təşkili, biznes müzakirələri üçün görüş otaqları və texniki dəstək xidmətləri kimi geniş spektrli fəaliyyətlə məşğuldur.